"Facebook" istifadəçiləri DİQQƏT! - Şəkliniz silinə bilər


21:56     29 Sentyabr 2018 facebook_250315.jpg

Facebook yeni təhlükəsizlik problemi ilə çalxalanır. Facebook-a haker hücumu 50 milyondan artıq şəxsin hesabına təsir edib və onlar istifadəçilərin şifrələrini oğurlaya biliblər.

"Kimin və haradan hücum edildiyini bilmirik" açıqlaması verən Facebook yetkililəri, bütövlükdə 90 milyondan artıq hesabın şifrələrini silib.

Facebook mühəndisləri bildiriblər ki, hesaba təkrar girmək lazımdır. Giriş etdikdən sonra istifadəçilərə yeni kod gələcək.

Milyonlarla hesabın hakerlərin hücumuna məruz qalmasından sonra Facebook-un səhmlərinin qiyməti də aşağı düşüb. Açıqlamadan sonra şirkətin səhmləri 2.6% dəyər itirib.

Qeyd edək ki, ötən il də bənzər problem baş verməsi səbəbindən 40 milyon hesabın şifrələri silinmişdi. (Sputnik)

Femida.az

Açar sözlər:

Oxunub: 1894