BMT-nin baş katibindən Qarabağ AÇIQLAMASI


10:26     30 Sentyabr 2018 18_09_30_1538288671.jpg


BMT-nin baş katibi Antoniu Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsini alqışlayıb.

Bu barədə A.Quterrişen mətbuat katibinin BMT-nin baş katibi adından verdiyi bəyanatda deyilir.

Bəyanatda bildirilir:

"Baş katib həmsədrlərinin vasitəçilik səylərinə BMT-nin dəstəyini təsdiq edir, həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə və siyasi iradə göstərməyə çağırır". (Trend)

Femida.az

Açar sözlər:

Oxunub: 632