Zəlzələdən sonra yüzdən çox məhbus həbsxanadan qaçdı


20:22     30 Sentyabr 2018 18_09_30_1538320630.jpg

İki güclü zəlzələ baş verən İndoneziyanın Mərkəzi Sulavesi əyalətində yüzdən çox məhbus həbsxanadan qaçıb.

Oxu.az-ın verdiyi xəbərə görə, bu barədə "The Jakarta Post" qəzeti yazıb.

Nəşrin bildirdiyinə əsasən, kütləvi qaçış sentyabrın 28-də baş verib. Belə ki, yeraltı təkanlar başlayan zaman bir neçə yüz məhbus azadlığa buraxılmaqlarını tələb edib. Daha sonra onlar qiyam qaldıraraq həbsxana binasını yandırıb.

Polis əmkdaşları vəziyyəti nəzarətə alsalar da, 100-dən çox cani islah müəssisənidən qaçıb.

Qeyd edək ki, həbsxana binasının ciddi xəsarət aldığına görə hüquq mühafizə əməkdaşları məhkumlara nəzarəti həyata keçirməkdə böyük problemlər yaşayır.

Açar sözlər:

Oxunub: 1842