Azərbaycanlılar Almaniyada Şura yaratdı
11:57 01 Oktyabr 2018
Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) təsis iclası keçirilib.
Femida.az xəbər verir ki, təsis iclasında çıxış edənlər soydaşlarımızın mütəşəkkil və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi baxımından AAKŞ-ın yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıblar.
Qeyd olunub ki, bu gün Almaniyada yüzminlərlə soydaşımız yaşayır, 40-a yaxın Azərbaycan cəmiyyəti və icması fəaliyyət göstərir. Soydaşlarımızın və bu birliklərin fəaliyyətini əlaqələndirmək üçün Koordinasiya Şurasının yaradılması zəruridir.
Təsis iclasında iştirak edən ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov diaspor təşkilatlarının həyata keçirdiyi işlərdən danışaraq soydaşlarımızın mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrə diqqət çəkərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar haqqında danışdı. Eyni zamanda, bütün bu işlərin daha da gücləndirilməsi üçün əlaqələndirmənin zəruri olduğunu bildirdi.
Daha sonra səs çoxluğu ilə Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yaşar Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.
Femida.az
Oxunub: 552
Oxşar xəbərlər
- "Ermənistan diasporu Azərbaycana qarşı revanş siyasəti yürüdür" - Hikmət Hacıyev
- Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər
- Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib
- Azərbaycan diaspor nümayəndələri Şuşaya yola düşüb
- Cavanşir Feyziyev: "AP üzvlərinin bəyanatı erməni diasporunun Avropa ofisində hazırlanıb"
- Türkiyənin Azərbaycandakı səfiri Diaspor Komitəsində olub
- Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar
- Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları Şuşa Bəyannaməsi ilə bağlı müraciət yayıb
- 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub
- Diaspor Komitəsi Polşada ölən azərbaycanlı barədə açıqlama yaydı