Maştağa sakinlərinə ŞAD XƏBƏR
15:39 01 Oktyabr 2018
2 oktyabr 2018-ci il tarixindən 1 ay müddətinə Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Maştağa qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.
Femida.az xəbər verir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.
Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
“ASAN xidmət”in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.
Femida.az
Oxunub: 518
Oxşar xəbərlər
- Galaxy Z Fold4 həyatımızı necə asanlaşdırır?
- ABŞ-ın dövlət katibi: "Türkiyəyə silah satışı asanlaşdırılmalıdır"
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü
- Türkiyədə vətəndaşlıq almaq asanlaşdırılıb
- İstintaqı yekunlaşan cinayət işlərinin sayı açıqlanıb
- İsrailə girişin şərtləri asanlaşdırıldı
- Hulusi Akar: "Terror təşkilatlarında ciddi çöküş yaşanır"