Qəzada xəsarət alanların sayı 27 nəfərə çatıb - YENİLƏNDİ


16:52     01 Oktyabr 2018 2018/10/5bb212023be81_5bb208d060a46_qatar_1538398379.jpg

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb.



Bu barədə Femida.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.

Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 13 yaşlı oğlandır.


***

Bakı Nəqliyyat Agentliyi də sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, bu gün 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

Səhiyyə Nazirliyi Xəzər rayonunun Binə qəsəbəsində baş verən qəza ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə nəticəsində 7 qadın, 10 kişi, 3 uşaq yaralanıb. 1 nəfər ölüb. Hadisə yerinə 10 təcili yardım briqadası cəlb olunub. Yaralılar Sabunçu Xəstəxanasına və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.


Qurumdan Femida.az-a verilən məlumata görə, bu gün saat 14.35 radələrində Binə qəsəbəsi ərazisində ağır qəza hadisəsi baş verib. 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1116