Miqrasiya Xidməti beynəlxalq əlaqələrini gücləndirir


18:33     01 Oktyabr 2018 2018/10/5bb21-3076796430_1538398956.jpg

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Avstriyaya səfəri çərçivəsində mənzil-qərərgahı Vyanada yerləşən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Baş direktorunun müavini xanım Qabriela Abado ilə görüşüb.


DMX-dan Femida.az-a verilən xəbərə görə, görüşdə DMX-nin beynəlxalq tərəfdaşı olan MSİBM arasında ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələri geniş müzakirə olunub. Mövcud münasibətlərin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində atılmış addımlara, birgə layihələrə diqqət çəkilib. Dünyada aktual olan miqrasiya məsələləri, tənzimlənməyən miqrasiya və onun nəticələri, miqrantlara münasibət kimi aktual mövzulara toxunulub. MSİBM-də keçirilmiş görüşdə Xidmət rəisi qurumun Azərbaycan Respublikası Hökuməti ilə birgə reallaşdırdığı MOBİLAZE layihəsinin əhəmiyyətini vurğulayıb. Müvafiq dövr ərzində bu platformada təşkil edilmiş müxtəlif mövzularda təlimlər, seminarlar, təcrübə səfərləri, görüşlər və nəticələri qeyd edilib.



Fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycanda miqrasiya üzrə monitorinq, analitik və proqnozlaşdırma sahəsindəki potensialın artırılması ilə bağlı görülən işlərə diqqət çəkilib. Əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıtmış vətəndaşların davamlı reinteqrasiyasının həyata keçirilməsində idarəçiliyi gücləndirmək imkanlarından söhbət açılıb. V.Hüseynov ölkəmizdə miqrasiya siyasətinin səmərəli nəticələrindən, əldə olunmuş nailiyyətlərdən, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı görülən son işlərdən bəhs edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 675