Ölkədən qədim xalçalar çıxaran iranlı saxlanıldı - Foto


18:16     01 Oktyabr 2018 18_10_01_1538399364.jpg

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim xalçaların ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az -a verilən xəbərə görə, Bakı-İstanbul aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Fatahei Hosseinə məxsus baqaj rentgen aparatından keçirilərkən, orada gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı şübhə yaranıb. Bu səbəbdən vətəndaş saxlanılıb və çantasına təkrar baxış keçirilib.

Təkrar yoxlama zamanı, Fatahei Hosseinə məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, yaşı 1 əsrdən çox olan 6 ədəd qədim xalça aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 927