"Ermənistan xəritədən silinə bilər" deyən müğənni öldü
17:30 01 Oktyabr 2018
Erməni mənşəli fransız müğənnisi Şarl Aznavur ölüb.
Femida.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 94 yaşlı müğənnisi Fransanın cənubundakı villasında ölüb.
Xatırladaq ki, ötən il Şarl Aznavur Ermənistan hakimiyyətini tənqid etmişdi. O bildirib ki, Ermənistanda yumurta oğurlayanı həbs edirlər, amma milyonları oğurlayan cəzasız qalır:
“Biz anlamalıyıq ki, ölkəmizi inkişaf etdirməsək, o, yox olacaq. Buna görə məsuliyyəti Ermənistanın rəhbərləri daşıyacaq”.
O İsveçrədə “Life Showbiz” internet nəşrinə müsahibəsində Ermənistanda daxili soyqırım baş verirdiyini söyləmişdi:
“Hazırda mənim ölkəmdə daxili genosid baş verir. Mən bunu siyasi mənada qəbuledilməz hesab edirəm. Nəfəs almağa imkan verməyən onun höküməti öz ölkəsini gənclərdən məhrum edir – onlar çıxıb gedirlər. Və bu mənada problem artıq ümumbəşər deyil, siyasidir”.
Qeyd etmək lazımdır ki, bu, Şarl Aznavurun Ermənistanda vəziyyətlə bağlı sərt fikir söylədiyi ilk hal deyildi.
O, Nouvelles d'Arménie” jurnalına o, demişdi: “Ermənistan əzab çəkir və günü gündən boşalır. Bu, kimin üçün faydalıdır? Bir neçə mafiya başçılarına? Minlərlə bədbəxt insanlar dünya üzrə səplənir.
Burada insanlara kömək etmək üçün heç edilmir. Əksinə, mən mafiya üzvləri haqqında dəhşətli əhvalatlar bilirəm. Onlar elə edə bilərlər ki, kəndli öz torpağında ac-yalavac qalsın. Bu mafiya üzvlərini güllələmək lazımdır".
Femida.az
Oxunub: 1225
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi