Məktəbdə zəhərlənmə - 19 uşaq xəstəxanalıq oldu


20:25     01 Oktyabr 2018 xestexana_01888.jpg

Dağıstanın Kaspiysk şəhərində məktəblərdən birinin yeməkxanasında qida zəhərlənməsi baş verib.

Femida.az -ın “RİA Novosti”yə istinadən məlumatına görə, 8-9 yaşlı 19 məktəbli xəstəxanaya yerləşdirilib. Onların hamısına qida zəhərlənməsi diaqnozu qoyulub. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Məktəbin məsul şəxsləri istintaqa cəlb olunub.

Açar sözlər:

Oxunub: 1950