250 min saxta pul satanlara hökm oxunub - MƏHKƏMƏDƏN


16:31     09 Oktyabr 2015 4cb141bee67c1.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Valeh Babayev və Qadir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Femida.az-ın verdiyi xəbərə görə, hakim Eldar Ismayılovun sədrliyi keçrilən prosesdə Qadir Kərimov son söz deyib. O, hakimlər kollegiyasından hökm verilən zaman onun ailə vəziyyətini və özünün xəstə olmasını nəzərə almağı xahiş edib.

Valeh Babayev isə məhkəmənin sentyabrın 10-da keçirilən iclasında son söz deyib.

Prosesdə təqsirləndirilənlər V.Babayevə və Q.Kərimova hökm oxunub.

V.Babayev 9 il, Q.Kərimov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Q.Kərimov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Daxili İşlər Nazirliyinin məlumata görə, Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və Valeh Babayevdən saxta əskinaslar götürülüb.

Nəsimi Rayon Polis İdarəsi (RPI) 22-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində PB-yə gətiriliblər. Q.Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən "Standart Banka" məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib 3075 manat almaları müəyyən edilib.

V.Babayev və Q.Kərimov Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə ittiham olunublar.
(Qafqazinfo)

Açar sözlər:

Oxunub: 846