Neftimizin qiyməti 86 dollara yaxınlaşır


10:09     02 Oktyabr 2018 2015-05-30-10-50-51dollar-deleduzluq-liderxeber-640.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,37% bahalaşıb.


Femida.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 85,94 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 478