“Qarabağ”ın oyunu təxirə salındı


11:13     02 Oktyabr 2018 qarabaggg.jpg

Topaz Premyer Liqasının VII turunun bir oyunu təxirə salınıb. “Keşlə” – “Qarabağ” matçı ağdamlıların oyunlarının sıx qrafiki üzündən daha sonrakı tarixə keçirilib.


Femida.az xəbər verir ki, oktyabrın 6-da keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınmasına səbəb ölkə çempionunun oktyabrın 4-də London “Arsenal”ı ilə Avropa Liqasının qrup mərhələsinin 2-ci turundakı görüşüdü. Ağdam klubu Peşəkar Futbol Liqasına oyunun təxirə salınması ilə bağlı rəsmi müraciət edib. PFL qarşı tərəf – “Keşlə”nin də bu müraciətə etiraz etməməsini nəzərə alaraq, “Qarabağ”a müsbət cavab verib.

“Keşlə” – “Qarabağ” oyunu oktyabrın 31-də baş tutacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1582