Xızı sakini 10 min manatlıq heyvan oğurladı
11:16 02 Oktyabr 2018
Xızıda heyvan oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul-sentyabr ayları ərzində rayonun Baxışlı, Fındığan və Xələc kəndlərində yerləşən dörd fərdi təsərrüfatdan ümumilikdə 63 baş xırda buynuzlu və bir baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 10.000 manatdan çox maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Adıyev olduğu müəyyən edilib.
Ətraflarında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Adıyevin cari ilin may ayında Siyəzən rayonunda yerləşən Mikayıl Adıgözəlova məxsus fərdi təsərrüfatdan 16 baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı M.Adıyev törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanların bir qismini Bakı və Sumqayıt şəhərləri ərazisində satdıqını bildirib. Oğurlanan heyvanların bir qismi, 44 baş xırda buynuzlu və bir baş iri buynuzlu heyvan isə maddi sübut kimi polis əməkdaşları tərəfindən rayon ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Femida.az
Oxunub: 1453
Oxşar xəbərlər
- Xızıda yük avtomobili aşıb, xəsarət alan var
- Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb
- Xızı sakinində silah-sursat aşkarlanıb
- Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- Xızıda hərbi helikopterin qəzaya uğramasının səbəbləri açıqlanıb
- Xızıda taksi sürücülərini aldadan şəxs saxlanılıb
- Xızı polisi əməliyyat keçirib, saxlanılan var
- Xızıda “Qrad” mərmisi tapıldı
- Xızıda polis yolda qalan sürücülərə kömək edib
- Xızı polisi qara görə gücləndirilmiş iş rejiminə keçdi