Binədəki qəzada 2 nəfər ölüb, 42 nəfər yaralanıb - RƏSMİ


12:39     02 Oktyabr 2018 2018/10/avrobus-qatar_1538469762.jpg

Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobusla qatarın toqquşması qəzası ilə bağlı rəsmi məlumat yayıb.



DİN-dən Femida.az-a verilən məlumata görə, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daevoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 784