Fizika üzrə Nobel mükafatı onlara verildi


14:45     02 Oktyabr 2018 2018/10/378r78475t7t_1538477206.jpg

2018-ci il üçün fizika üzrə Nobel mükafatçılarının adları bəlli olub.


Femida.az xəbər verir ki, bu il fizika üzrə Nobel mükafatının qalibləri amerikalı alim Artur Eşkin, fransalı tədqiqatçı Jerar Mur və kanadalı alim Donna Striklenddir. Onlar lazer fizikasında yeni kəşflərinə görə bu mükafata layiq görülüblər.
Mur və Striklend yüksək intensivlikli ultra-qısa optik impulsların çoxalma metodunun kəşfi, Eşkin isə “optik tələ” adlanan optik pinsetlərin bioloji sistemlərdə istifadəsinin mümkünlüyünə nail olduğuna görə Nobel mükafatı qazanıblar.



Femida.az

Açar sözlər:

Oxunub: 781