Vergilər naziri səfirlə görüşüb


14:49     02 Oktyabr 2018 2018/10/43009-1538475553_1538477459.jpg

Oktyabrın 1-də vergilər naziri Mikayıl Cabbarov Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.


Nazirlikdən Femida.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq və onun genişləndirilməsi perspektivləri müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu vurğulanıb. Tərəflər Azərbaycanın vergi sistemində aparılan islahatlar və Macarıstanda vergi inzibatçılığı sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 711