Keçmiş ər arvadından aldığı 23 min dolları qaytarmır - Qalmaqallı məhkəmə prosesi niyə uzanır?


15:14     02 Oktyabr 2018 18_10_02_1538478819.jpg

Sumqayıt şəhər sakini Nəcəfova Xoşgül İzzət qızının əri tərəfindən evinin satılması və küçələrə atılması barədə məlumat vermişdik.


2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu Xoşgül Nəcəfovaya məxsus evi satdıqdan sonra onu küçələrdə qoyaraq Rusiya Federasiyasına qaçıb. Evlilikdən əvvəl Zaura Allahverdiyev Xoşgül Nəcəfovadan borc olaraq 23 min dolları qaytarmadığı üçün iş məhkəməyə qədər uzanmışdı.Bir müddət əvvəl Femida.az -a müraciət edən Xoşgül Nəcəfova Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi cavabdeh şəxs tərəfindən icra olunmadığını və müxtəlif bəhalərlə icradan yayındığını bildirmişdi.

Xoşgül Nəcəfovanın sözlərinə görə,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmasına baxmayaraq Zaur Allahverdiyev qanunlara tabe olmur.



(Təqsirləndirilən şəxs Zaur Allahverdiyev)

Femida.az xəbər verir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini yerinə yetirmədiyinə görə, Allahverdiyev Zaur Mənsim oğluna Azərbaycan Respublikası CMP-nin 292.1-ci maddəsinə əsasən Zaur Allahverdiyev barəsində CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib.

Hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən hazırlıq prosesində zərərçəkmiş şəxsə məbləği ödəmək üçün daha iki gün vaxt verilib.

Məhkəmə prosesindən sonra Femida.az -a müraciət edən zərərçəkmiş şəxs Xoşgül Nəcəfova bildirib ki,məhkəmə prosesləri uzandıqca məhkəməyə gəlməyə yol pulu tapmır.

"2014-cü ildən məhkəmələrdəyik.Məhkəmələr ədalətli qərar çıxarıb.Zaurun mənə pul borclu olduğu tam sübut olunub.Buna baxmayaraq O, məhkəmə qərarlarını icra etmir.Bu gün möhtərəm hakim ona sonuncu dəfə xəbərdarlıq etdi. Mənim məhkəmələrə gəlməyə imkanım yoxdur. Özüm günü 5 manata kafedə işləyirəm.Hər dəfə işdən icazə almaq olmur.Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məsələyə son qoyulmasına kömək etsinlər", deyə zərərçəkmiş şəxs bildirib.

Xoşgül Nəcəfovanın iddiasına görə,məhkəmə prosesi zamanı qarşı tərəfin vəkili Kamandar Hüseynov onunla kobud davranıb.Ona heç bir şikayətin xeyri olmayacağını və Zaur Allahverdiyevin həbs edilməyəcəyini bildirib.

"Məhkəmə prosesi zamanı Zaurun vəkili mənə dedi ki, Zaur heç vaxt həbs olunmayacaq.Ona dedim ki,əgər,məhkəmədə düzgün işə baxılmasa Prezident Administrasiyasına şikayət edəcəm.Vəkil cavabında"kimdir səni ora buraxan", deyib, zalı tərk etdi.Mən bunu özümə qarşı təyziq kimi qəbul edirəm.Biz hüquqi dövlətdə yaşayırıq.Yeganə ümidimiz də elə hüquq sistemimizdir."

Xoşgül Nəcəfova qarşı tərəfin vəkilinin ona təyziq etməsinə görə Vəkillər Kollegiyasının sədrinə rəsmi şəkildə şikayət edəcəyini bildirib.

Femida.az vətəndaşın iddiası ilə bağlı vəkil Kamandar Hüseynovla əlaqə saxlayıb.O,Xoşgül Nəcəfovanın dediklərini təkzib edib.

"Mən bu prosesdə dövlət tərəfindən təqsirləndirilən şəxs Zaur Allahverdiyevin vəkiliyəm.Zərərçəkmiş şəxs məhkəmə prosesində dedi ki,Zaur ya pulu ödəyəcək,ya da həbs olunacaq.Mən də ona izah etdim ki, həbs qərarını yalnız hakim verə bilər.Qalan digər iddialar isə əsassızdır",deyə vəkil açıqlamasında bildirib.



Miri Məcidli
Femida.az


Açar sözlər: #vəkil   #Məhkəmə   #Hakim   #Zaur   #Xoşgül  

Oxunub: 3238