Bu dövlət qurumu yüksək maaşla işçi axtarır


15:39     02 Oktyabr 2018 18_10_02_1538481772.jpg


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yeni işçi qəbulu elan edib.

Qurumdan Femida.az-a verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur. Müsahibədə təcrübəli, peşəkar hüquqşünaslar, insan resursları və informasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər iştirak edə bilərlər.

Müraciət etmək istəyən namizədlər 02.10.2018-ci il tarixindən 01.11.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.

Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573), (530). email: [email protected]

Femida.az

Açar sözlər:

Oxunub: 844