Azərbaycanda araq bahalaşdı


17:17     02 Oktyabr 2018 araq_0124.jpg

Ticarət şəbəkəsində yerli istehsal arağın qiyməti 5-20% artıb, lakin bəzi istehsalçıların məhsullarının qiymətində artım 40 faizə çatır.


Femida.az xəbər verir ki, eyni zamanda konyak, likyor və şərablar da bahalaşıb. Lakin sonuncu qeyd olunanlarda qiymət artımı elə də əhəmiyyətli deyil. Alkoqollu içkilərin qiymətlərinin yüksəlməsi aksizlərin bahalaşması ilə bağlıdır.

Qeyd edək ki, pivənin qiyməti dəyişməyib.

Xatırladırıq ki, iki gün öncə Azərbaycanda siqaretlər bahalaşıb. Artım orta hesabla 10-20% təşkil edib.

Açar sözlər:

Oxunub: 1091