Gələn ay Soçidən Bakıya aviareys açılacaq


17:20     02 Oktyabr 2018 2018/10/61f11397-1aef-45a5-af02-200bb8c90843_1538486452.jpg


Rusiyanın "Ural Hava Yolları" şirkəti noyabrın 3-dən Soçi-Bakı-Soçi marşrutu üzrə aviareyslərin yerinə yetirilməsinə başlayacaq.

Femida.az Report-a istinadən xəbər verir ki, uçuşlar hər həftənin şənbə günü, "Airbus A-320" markalı təyyarələrlə həyata keçiriləcək.

Təyyarə Soçidən saat 18:30-da havaya qalxacaq və saat 21:20-də Bakıya çatacaq. Azərbaycan paytaxtındakı geriyə dönüş isə saat 22:20-də baş tutacaq və təyyarə saat 23:15-də Soçiyə çatacaq.

Birtərəfli bilet üzrə minimal tarif 8 154 rubl (təxminən 210-220 manat) təşkil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 440