Serj Sarqsyanın qardaşı vəzifəsindən azad edildi
19:42 02 Oktyabr 2018
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarqsyanın qardaşı Levon Sarqsyanı xüsusi məsələlər üzrə səfir vəzifəsindən azad edib.
Femida.az report-a istinadən xəbər verir ki, Levon Sarqsyanın oğlu Narek və qızı Ani barəsində MDB üzrə beynəlxalq axtarış elan edilmişdi.
Onlar qanunsuz varlanmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və saxta sənədlər düzəltməkdə ittiham edilirlər. İstintaq məlumatına əsasən, Levon Sarqsyan 6,8 milyon dollarlıq gəlirini vergi bəyannaməsindən gizlədib.
Ermənistan KİV-inin məlumatına görə, onlar Rusiya ərazisindədirlər.
Məhkəmə keçmiş prezidentin qardaşı barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçib. Sentyabrın 6-da isə Ani Sarqysan könüllü olaraq istintaq orqanlarına təslim olub.
Femida.az
Oxunub: 1870
Oxşar xəbərlər
- Serj Sarqsyan Paşinyanın komandasını təhqir etdi
- Serj Sarkisyan Gəncə və digər şəhərlərin məqsədli şəkildə atəşə tutulduğunu etiraf edib
- Serj Sarqsyan koronavirusa yoluxub
- Serj Sarkisyanın arvadı ölüb
- Serj Sarkisyanın məhkəməsi keçirilib
- Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib
- Serj Sarqsyana qarşı cinayət işi açıldı
- Serj Sarqsyanı məhkəməyə verdilər
- Serj Sarkisyan da istintaqa cəlb edilir
- Serj Sarkisyanın anası öldü