Təhsil nazirinə yeni müşavir təyin olundu


21:33     02 Oktyabr 2018 18_10_02_1538498874.jpg

Təhsil naziri Ceyhun Bayramova yeni müşavir təyin olunub.


Femida.az Trend-ə istinadən məlumatına görə, nazirin yeni müşaviri Elnur Məmmədovdur.

Qeyd edək ki, E.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub.

Müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Açar sözlər:

Oxunub: 780