Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb


17:12     09 Oktyabr 2015 mehkeme1.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəməsi təxirə salınıb.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi proses oktyabrın 16-na təyin edilib.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

Açar sözlər:

Oxunub: 799