Naziri Şabranda 5 rayonun sakinləri ilə görüşəcək


10:20     03 Oktyabr 2018 18_10_03_1538547644.jpg


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Femida.az-ın məlumatına görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar oktyabrın 9-dək ad, soyad, ata adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) və ya 142-Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Femida.az

Açar sözlər: #sosial   #ƏƏSMN   #nazir  

Oxunub: 318