DİQQƏT! Bu ərazidə rənglənmə işləri aparılır


10:33     03 Oktyabr 2018 2018/08/renglenme-zolaq_1533624020.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50-60 –cı km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometrlik hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.


Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən xəbərə görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

"Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur" - deyə, məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 465