İşveçrə səfiri Gəncədə olub


11:04     03 Oktyabr 2018 2018/10/01-1538549660_1538550292.jpg

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder Gəncədə olub.


Femida.az xəbər verir ki, icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən səfir Filip Ştalder, Gəncədə olmaqdan məmnunluq ifadə edib. 3 ildir ki, Azərbaycanda olduğunu deyən səfir, bildirib ki, səfərinin məqsədi bölgələri daha yaxından tanımaqdır. O Gəncə, onun tarixi, mədəniyyəti və xüsusilə də iqtisadiyyatı ilə yaxından maraqlanıb.

N. Bayramov bildirib ki, Gəncə qədim İpək Yolu üzərində yerləşir və zəngin mədəni irsə sahibdir. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir ki, bu da öz növbəsində şəhərin turizm imkanlarını genişləndirir. İcra başçısı onu da qeyd edib ki, hazırda prioritet sahələrdən biri Gəncəyə xarici investorların cəlb edilməsidir. Bu həm yeni iş yerlərinin açılmasına, həm də Gəncə iqtisadiyyatının daha da inkişafına təkan ola bilər.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 860