Neft Fondu bu yataqlardan 143 mlrd. dollar gəlir əldə edib


11:22     03 Oktyabr 2018 neft4.jpg


Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından əldə etdiyi ümumi gəliri 143,288 mlrd. dollar olub.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 7,401 mlrd. dollar daxil olub.

Femida.az ARDNF-ə istinadən xəbər verir ki, 2001-ci ildən bu il oktyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,887 mlrd. dollar gəlir əldə olunub.

Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışından Fonda 115 mln. dollar daxil olub

Fonda 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 487