Yasamalda ağır qəza: Ölən var


17:29     09 Oktyabr 2015 goygolde-agir-qeza-olen-ve-yaralananlar-var1-590x4008.jpg

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Fərzəliyev Fərzəli Baba oğluna məxsus olan “Mercedes” markalı minik avtomobili qəza törədib. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. F.Fərzəliyevin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 774