“Azərişığ”a 24 min müraciət daxil oldu


11:51     03 Oktyabr 2018 2018/10/ffffff_1538552884.jpg

Sentyabrda “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-yə 24 minə yaxın müraciət edilib.

Femida.az xəbər verir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərə Səhmdar Cəmiyyətin elektron xəritəsinin inteqrasiya edilməsi sentyabr ayında edilən müraciətlərin sayının nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. Belə ki, artıq elektron xəritə vasitəsi ilə əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesini daha da asanlaşıb. İndi “ASAN kommunal” və “ASAN xidmət” mərkəzinə müraciət daxil olan kimi əraziyə getmədən, yerindəcə elektron xəritədə dərhal evin, yaxud obyektin məkanı, ona ən yaxın məsafədəki güc mənbəyi müəyyənləşdirilir və qoşulma haqqı ödənilməklə sənədləşdirmə işi daha tez formada həyata keçirilir.

Bu səbəbdəndir ki, "Azərişıq“ ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 282 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4084 vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 331 sahibkar “ASAN xidmət” mərkəzlərinə üz tutub.

Nəticədə sentryabr ayında digər 10 xidmət də daxil olmaqla 13 xidmət üzrə “Azərişıq” ASC-yə “ASAN xidmət” mərkəzləri vasitəsi ilə 24 minə yaxın müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 392