Bahar Muradova: “Ermənistan tərəfində adekvat təmsilçi görmək istəyirik”
14:00 03 Oktyabr 2018
"Ermənistanın baş naziri Nikol Paşinyanın istefasının tələb olunacağı öncədən də bəlli idi. Paşinyanın baş nazir seçilməsi prosesini yada salsaq, söyləmək lazımdır ki, bu, nə parlamentin, nə hökumət orqanlarının, nə də Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin marağında idi. Onun baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə, daha da dərinləşdirib. Bu da özünü ölkə daxilində gedən proseslərdə qabarıq şəkildə göstərir".
Femida.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Milli Məclisin sədr müavini qeyd edib ki, siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir:
“Paşinyanın bu imkanları aşağı səviyyədədir. Odur ki, Paşinyandan narazı qüvvələrin revanş götürmək istəkləri olacaq. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək. Biz Ermənistan tərəfində Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək niyyətindəyik. Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik”.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- Bahar Muradova bəzi deputatları tənqid edib: “Deyirdilər kişi gedib ikinci arvad alsın”
- “Qadınlarımız kişilərlə çiyin-çiyinə çalışır” - Bahar Muradova
- "Kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir" - Bahar Muradova
- Bahar Muradovadan qadın zorakılığına qarşı çağırış
- Bahar Muradova Ceyms Şarpla görüşüb
- Bahar Muradova Milli Məclisdə hesabat verəcək
- Bahar Muradova əhaliyə müraciət edib
- Bahar Muradova kollektivə təqdim edildi
- Prezident Bahar Muradovaya vəzifə verdi
- Bahar Muradova yeni Ombudsman barədə: "Parlament əhəmiyyətli addım atdı"