Şəkidə intihar edən 21 yaşlı qız nişanlı olub


17:07     03 Oktyabr 2018 qadin_olum_meyit_cesed.jpg

“Sevdiyi oğlanın xəstəli olduğunu öyrənib, özünü öldürüb”



Şəkinin Göynük kəndində intihar edən 21 yaşlı qızla bağlı yeni xəbər var.

Femida.az xəbər verir ki, kənd sakinləri AzNews.az-a bildiriblər ki,bir neçə gündən sonra Satirə Ramiz qızı Mirzəyevanın toyu olacaqmış.

Sakinlər Satirənin nişanlandığı oğlanı sevmədiyini bildiriblər: “Dəvətnamələr də paylamışdı. Satirə oğlanı sevmirdi. Onu valideyinləri məcburən həmin oğlana nişanlamışdı. Satirə öz əmisi oğlu ilə bir-birini sevirdi. Onun əmisi oğlu Türkiyədə yaşayır, həkimdir, xəstəxanaların birində cərrah işləyir. Bu günlərdə onunla bağlı kəndə bir məlumat yayıldı. Deyilənə görə, Satirənin sevdiyi oğlan, yəni əmisi oğlu xəstədir, beynində şiş tapılıb. Həkimlər onun sağalmasının mümkünsiz olduğunu deyib. Satirə bunları eşidən kimi intihar edib”.

Qeyd edək ki, rayonunun Aşağı Göynük kənd sakini, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2023