Azərbaycana gələn Türkiyə vətəndaşlarına xəbərdarlıq edildi

Azərbaycana gələn Türkiyə vətəndaşlarına xəbərdarlıq edildi


18:14     03 Oktyabr 2018 18_10_03_1538573613.jpg


Azərbaycana səfər edən Türkiyə vətəndaşlarına viza verilərkən bundan sonra pasportun yararlılıq müddəti nəzərə alınacaq.

Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Mətbuatın yazdığına görə, bununla bağlı Türkiyə Səyahət Agentlikləri Birliyi turizm agentliklərinə müraciət edib.

Bildirilir ki, əvvəllər Bakı aeroportunda pasportun bitmə müddətinə 6 aydan az vaxt qalan şəxslərə də viza verilirdi. Amma bu ilin may ayının 15-dən etibarən viza verilməsi "ASAN" Xidmətə həvalə olunandan sonra Azərbaycana girişdə pasportun bitmə müddəti nəzərə alınır. Ona görə də, turizm agentliklərindən Azərbaycana gedən vətəndaşları xəbərdarlıq etmələri xahiş olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1573