Qarabağ əlilinin evlə bağlı şikayətinə RƏSMİ CAVAB
17:41 03 Oktyabr 2018
Bəzi saytlarda Ucar rayonu, Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Qasımov Şöhrət Mülkədar oğlunun ev növbəsinin yerinin dəyişdirilməsi ilə bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılıb.
Femida.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.
Bildirilib ki, bir müddət öncə vətəndaşın şikayətinin araşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əməkdaşları Ş.Qasımovun mənzil şəraiti ilə tanış olublar. Eyni zamanda vətəndaşa mənzil növbəliliyi ilə bağlı bütün zəruri məlumatlar verilib. Ona fərdi yaşayış evi növbəsinin çatacağı vaxta qədər ev şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərilməsi təklifi edilməsinə baxmayaraq, vətəndaş bundan imtina edib.
Qasımov Şöhrət Mülkədar oğlu fərdi yaşayış evi tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə dayanan Qarabağ müharibəsi əlillərinin siyahısında 04.05.2011-ci il tarixindən qeydiyyatdadır. Amma onun iddiasına görə, fərdi evlə təmin edilmiş Rafiq və Ruslan ondan sonra ev növbəsinə dayanıblar. Əslində isə Tağıyev Rafiq Bahadur oğlu 01.06.2007-ci il tarixdən və Cəfərov Ruslan Beykəs oğlu isə 24.11.2008-ci il tarixdən fərdi ev növbəsinə dayanıb və növbəyə uyğun olaraq evlə təmin olunublar.
Şöhrət Qasımov da daxil olmaqla, ev növbəsində olan digər Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı məsələsi dövlətin diqqətindədir.
Femida.az
Oxunub: 1144
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağ separatçılarından biri Rusiyada həbs edilib
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb