Bu nazirliyin çağrı mərkəzinə 12,5 min zəng daxil oldu - Son bir ayda


18:29     03 Oktyabr 2018 2018/10/181_1538574141.jpg


Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə 12 493 müraciət daxil olub.

Femida.az xəbər verir ki, müraciətlər sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı məsələləri əhatə edib.

Onlardan 12 044 müraciət (müraciətlərin 96,4 faizi) qeyd olunan məsələlərlə bağlı sorğu xarakterli olub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilərək, onların məlumatlandırılması təmin edilib. Digər müraciətlərdə əksini tapan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Ümumilikdə cari ilin 9 ayında 142-Çağrı Mərkəzi tərəfindən 121 mindən çox müraciət cavablandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 490