Polisləri şantaj etdi - 3000 manat istədi


18:25     09 Oktyabr 2015 2015-06-02-11-05-11azeri-polisi-liderxeber-640.jpg

Azərbaycanda polis əməkdaşların şantaj yolu ilə pul alan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 8-də Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb etməsini bildirib.

Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 801