Bu gün Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür
21:49 03 Oktyabr 2018
Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur.
Femida.az bildirir ki, hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Ümumdünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbirlərin keçirilməsi elə bu narahatlıq hissindən qaynaqlanır. Həmin gün heç bir beynəlxalq təşkilat tərəfindən təsis edilməsə və rəsmi status daşımasa da, həkimlər və sosial işçilər ictimaiyyətin diqqətini alkoqol qəbul etməyin və onun doğurduğu problemlərin nəticəsinə cəlb etməyə çağırırlar. Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.
Həmin gün dövlət qurumları və ictimai təşkilatlar alkoqolizm problemlərinə, onun doğurduğu xəstəliklərə həsr edilmiş mühazirə, seminar və sərgilər təşkil edir, tədbirlərdə çıxış edən həkim-narkoloq, psixoloq və psixiatrlarlar bu vərdişin sağlamlığa vurduğu zərər və ondan yaranan asılılıq barədə məlumat verirlər.
Alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər - yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhval-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və s. göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur. İstifadəçilər arasında keyfiyyətsiz spirt və alkoqolun yüksək miqdarda qəbulu nəticəsində baş verən ölüm hadisələri də az deyil. Alkoqol asılılığı bır sıra xəstəliklərə də səbəb olur. Məsələn, alkoqollu içkilərin qəbulu mədə-bağırsaq, ürək-damar, əsəb sistemi xəstəlikləri, beyin və baş ağrıları yaradır. Uzun müddət və müntəzəm olaraq çoxlu spirtli içki qəbul edəndə arterial təzyiqin yüksəlməsi, stenokardiya və miokard infarktının baş verməsi və həmin xəstəliklərin ağır keçməsinə daha çox təsadüf edilir. Ağır ürək patologiyaları olan, hipertoniya, ritm pozulmaları, ürək çatışmazlığı, mədə-bağırsaq, xüsusilə qaraciyər, tənəffüs, mərkəzi sinir və endokrin sistemi xəstəlikləri zamanı spirtli içki qəbul etmək müalicənin səmərəsini heçə endirir. Ona görə də həmin xəstələrin spirtli içki qəbul etməsinə ciddi qadağa qoyulmalıdır, çünki hətta 30-50 qram şərab içilməsi onlar üçün son hədd ola bilər. Alkoqollu içkilər təkcə sağlamlığa zərər vermir, həm də əxlaqı, mənəviyyatı və şəxsiyyəti məhv edir. Bütün bunlara görə də alkoqolizmlə mübarizə bu gün zərurətə çevrilib.
Femida.az
Oxunub: 1050
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir