Mahir Məmmədov FIDE-nin vitse-prezidenti oldu


21:50     03 Oktyabr 2018 2018/10/32AEC04A-7B7E-4860-B734-569E1928114C_1538589461.jpeg

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin olunub.

AzVision.az xəbər verir ki, bunu FIDE-nin yeni seçilmiş prezidenti Arkadi Dvorkoviç bəyan edib.

Qeyd edək ki, Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.

Seçkidən əvvəl Dvorkoviç qalib gələcəyi təqdirdə komandasına digər üzvlərlə yanaşı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovu da daxil edəcəyini demişdi.

Açar sözlər:

Oxunub: 1066