Xəstənin halı pisləşdi - Bakıdan uçan təyyarə təcili eniş etdi

Xəstənin halı pisləşdi - Bakıdan uçan təyyarə təcili eniş etdi


23:20     03 Oktyabr 2018 18_10_03_1538594596.jpg

Bakıdan Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut şəhərinə uçan təyyarə Ufada (Başqırdıstan Respublikası ) məcburi eniş edib.

Buna təyyarənin göyərtəsində olan sərnişinlərdən biri - 1946-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Sitarə Əlibutayevanın halının pisləşməsi səbəb olub.

Təcili olaraq Ufa şəhərinin 20 saylı xəstəxanasına yerləşdirilən qadının stenokardiya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Xəstə hazırda müalicəsini davam etdirir. Azərbaycan tərəfi vəziyyəti nəzarətə götürüb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 735