DİN əməliyyat keçirdi - Külli miqdarda narkotik tutuldu


18:37     09 Oktyabr 2015 dead23892c88.jpg

Cəlilabad və Bərdə sakinlərindən 3 kiloqramdan çox narkotik götürülüb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əlzamin Kazımova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 1 kiloqram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən oktyabrın 7-də narkotik vasitə ilə tutulmuş Bəxtiyar Əliyevin yaşadığı evə baxış zamanı isə 2 kiloqram 168 qram marixuana aşkar edilib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 858