Gömrükdən marixuana və silah keçirmək istəyən şəxs tutuldu
11:13 04 Oktyabr 2018

Gömrükçülər narkotik vasitə və silah-sursatın gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Femida.az xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan gələn Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Ford Mondeo” markalı minik avtomobilinə baxış keçirilib.
Yoxlama zamanı, öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində 1 ədəd kabura ilə birlikdə bıçaq və 1 ədəd “Kenwood” markalı, LB-75L model ratsiya aşkar olunub. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində “Maqnum; патрон 9mm травматический” markalanma yazısı olan 23 ədəd patron və 1 ədəd tapança aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 638
Oxşar xəbərlər
- Gömrükdən 304 kq heroin keçirmək istəyən şəxs tutuldu
- “Gömrük komitəsinin ləğvindən söhbət gedə bilməz” - Səfər Mehdiyev
- Rüşvət almaqda təqsirləndirilən gömrük əməkdaşı azadlığa buraxıldı
- Gömrükdə sıxlıq: Yüzlərlə maşın sərhəddə qaldı - FOTO
- Azərbaycan bu il 1,8 milyard dollarlıq qaz ixtrac edib
- Gömrük Komitəsinin avtomobilləri 266 min manata təmir olunacaq
- DGK sədri və müavinləri vətəndaşlarla görüşəcək
- DGK 2 milyon manatlıq dərmanlarla bağlı təfərrüatları açıqladı
- DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb
- Gömrükçülər inşaat materiallarının ölkəyə gətirilməsinin qarşısını aldı