Ağdamda avtomobil piyadanı vuraraq öldürüb


12:32     04 Oktyabr 2018 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Ağdam rayonunda avtomobil piyadanı vuraraq öldürüb.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 3-də saat 19 radələrində rayonun Quzanlı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Kamil Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 668