Allahşükür Paşazadə Çeçenistana gedir


12:36     04 Oktyabr 2018 seyx.jpg

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Çeçenistanın paytaxtı Qroznı şəhərinə səfərə gedəcək.


QMİ-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan yubiley tədbirində fəxri qonaq qismində iştirak edəcək A.Paşazadə təbrik nitqi ilə çıxış edəcək, respublika rəhbərliyi və tədbirə təşrif buyurmuş qonaqlarla görüşlər keçirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 861