Sürücülər bu halda sərnişinləri daşımaqdan imtina edəcək - Xəbərdarlıq


13:36     04 Oktyabr 2018 1450100755_bakubus_01243.jpg


Əgər sərnişin avtobusun salonunda ictimai asayiş qaydalarını pozursa, sürücü sərnişini daşımaqdan imtina edə bilər.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) "Facebook" səhifəsində qeyd olunub.

Bildirilib ki, sərnişinin sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaradırsa, sərnişin, həmçinin daşınması qadağan edilmiş əşyaların olduğu baqajı və ya əl yükünü aparmaq niyyətindədirsə, sürücünün sərnişinləri daşımaqdan imtina etmək hüququ var.

"Bu hüquq "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, salon daxilində uca səslə mübahisə edərək digər sərnişinləri narahat etməməyi xahiş edirik" — deyə DANX bəyan edilib.

Femida.az

Açar sözlər: #sürücü   #avtobus  

Oxunub: 1083