Mətbuata səs salan 4 illik məhkəmə prosesi yekunlaşdı - HAKİM ŞƏRTİ CƏZA VERDİ


13:58     04 Oktyabr 2018 18_10_04_1538647237.jpg

Keçmiş ərlə-arvadın 4 ildir,davam edən məhkəmə prosesi yekunlaşıb.


Femida.az xəbər verir ki,CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən Allahverdiyev Zaur Mənsim oğlunun məhkəmə işi ilə bağlı son iclas keçirilib.

Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayevin sədrliyi ilə keçirilən Zaur Allahverdiyev 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azad edilib.



Xatırladaq ki, qeyd olunan cinayət işi uzun müddətdir mətbuatın gündəmini zəbt edib.Zərərçəkmiş Xoşgül Nəcəfova evinə usta kimi çağırdığı Zaur Allahverdiyevlə ailə həyatı qurub.Bir müddət birlikdə yaşayan tərəflər sonda məhkəmə qərarı ilə rəsmən boşanıb.Rəsmi nikah zamanı Zaur Allahverdiyev həyat yoldaşı Xoşgül Nəcəfovadan 23 min dollar məbləğində natarius qaydası ilə borc pul alıb.Bu hadisədən sonra Xoşgül Nəcəfovaya məxsus evi satan əri Rusiyaya gedib.Hadisənin geniş təfərrüatına aşağıdakı videoda baxa bilərsiniz.




Məhkəmə prosesindən sonra saytımıza açıqlama verən Xoşgül Nəcəfova məhkəmənin qərarı ilə razılaşmadığını və haqqını sona qədər müdafiə edəcəyini bildirib:

"Hakim keçən prosesdə Zaura 2 gün vaxt vermişdi.Demişdi ki,pulu ödəməsə,həbs olunacaq.Bəs bu gün nə oldu?Zaur həbs edilmədi, nə də pulu ödəmədi.Şərti cəza ilə 2 il müddətindən azadlıqdan məhrum edildi.Mən qərardan narazıyam.Daha yüksək instansiyalara müraciət edəcəm", deyə zərərçəkmiş şəxs bildirib.

Xoşgül Nəcəfova həmçinin bildirib ki, maddi imkanı olmadığından vəkilsiz qalıb.O,Azərbaycan Vəkillər Kollegiyasının sədrindən vəkillə təmin edilməsini xahiş edib.


Miri Məcidli
Femida.az


Açar sözlər: #vəkil   #Məhkəmə   #Hakim   #Zaur   #Xoşgül  

Oxunub: 3531