Millimiz qrupda mübarizəni məğlubiyyətlə bitirdi


14:53     04 Oktyabr 2018 2018/10/1495132377-1897_1538648656.jpeg

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Yaponiyada davam edən dünya çempionatında bu gün qrup mərhələsinin son oyununu keçirib. Faiq Qarayevin yetirmələri Kobe şəhərində C qrupunun V tur qarşılaşmasında Tailanda uduzub – 1:3.


Hər iki komanda bunadək növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün matç formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub. Turun son görüşü 11 xalla şərikli lider olan Rusiya və ABŞ arasında baş tutacaq

Dünya çempionatı

C qrupu

V tur

11:10. Tailand - Azərbaycan 3:1 (25:22, 15:25, 25:19, 25:27)


Femida.az

Açar sözlər:

Oxunub: 725