"Ən keyfiyyətsiz bal Astara və Daşkəsən balıdır" - Bədrəddin Həsrətov
15:28 04 Oktyabr 2018
Sabahdan başlayaraq oktyabrın 28-nə qədər Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 1 kq balın qiyməti 20-25 manat olacaq.
Bu barədə yarmarka ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
O həmçinin deyib ki, Azərbaycanda keyfiyyətsiz arıçılıq məhsulları, o cümlədən keyfiyyətsiz bal daha çox Astara və Daşkəsən rayonlarında hazırlanır:
“Həmin rayonlardan hər il maarifləndirmə tədbirləri görülsə də, sahibkarlar qoyulan normalara əməl etmirlər”.
Qeyd edək ki, yarmarkaya ölkə üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub. Bunun 5 tonu çərçivə halındadır. Daha çox məhsul Lənkəran və Aran iqtisadi rayonlarından göndərilib.
Xatırladaq ki, Azərbaycanda 271 682 arı ailəsi mövcuddur və hər arı ailəsində illik məhsuldarlıq orta hesabla 10 kq, respublika üzrə illik bal istehsalının həcmi isə 3 min tondur. Ölkənin bala olan tələbatı isə 5 min tondur.
Ən çox arı ailəsi Zaqatala (17 097), Astara (12 429), Qax (9 125), Lerik (8 669), Balakən (8 581) rayonlarındadır. / Report
Oxunub: 2058
Oxşar xəbərlər
- ETSN ilanbalığının ovuna icazə verilməsinin səbəbini açıqlayıb
- Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Nisyə siqaret üstündə qadını baltaladı - TOY YARIMÇIQ QALDI
- Yardımlıda mağaza sahibi olan qadın balta ilə qətlə yetirilib - RƏSMİ
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə əməliyyatlar zamanı narkotiklərlə əlaqədə şübhəli bilinən 7 nəfər tutulub
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- NATO Baltik dənizi regionunda təlimlər keçirəcək