Müəllim universitetə tələbə düzəltmək adıyla 38 min manat mənimsədi


15:36     04 Oktyabr 2018 Rusvet.jpg


Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin müəllimi Bakı şəhər sakininə qarşı dələduzluq edib.

Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 4 ünvanda yaşayan Lətifova Vəsilə Qardaşxan qızı ərizə ilə müraciət edib. Bildirib ki, Universitetin Musa adlı müəllimi oğlu Lətifov Xəyal Vəli oğlunu adıçəkilən universitetə qəbul etdirmək üçün ondan 2011-ci ildə 25 min manat, qızı Lətifova Səyyarə Vəli qızını isə Gəncə Müəllimlər İnstitutuna qəbul etdirmək üçün 2012-ci ildə 13 min 500 manat alıb. Lakin həmin şəxs onu aldadıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb. / Trend

Femida.az

Açar sözlər: müəllim   təhsil   universitet  

Oxunub: 1089