Bakıda sürücülər arasında kütləvi dava -HƏRƏKƏT DAYANDI +VİDEO


16:11     04 Oktyabr 2018 2018/10/1538650765_bak-(1)_1538655407.jpg

Bakıda avtobus sürücüləri arasında kütləvi dava baş verib.


Femida.az bildirir ki, hadisə ötən gecə saat 23 radələrində, Bakı Metropoliteninin "Əhmədli" stansiyası yaxınlığında baş verib.

Şahidlərin verdiyi məlumata görə, dava avtobus və minik maşınının sürücüləri arasında yaranıb. Daha sonra minik maşınının iki sərnişini və avtobusda olan bir nəfər də davaya qoşulub. Səbəb sürücülərin bir-birinə yol verməməsi olub.

Sonda ətrafda olan insanlar onları ayıraraq davaya son qoyublar.


Açar sözlər: #dava   #Video  

Oxunub: 1843