Türkiyə Ermənistana hərbçi göndərir


19:32     09 Oktyabr 2015 Türk-Askeri-www.etkiliyazar.com_.jpg

Türkiyə beynəlxalq razılaşmaya əsasən Ermənistana hərbi heyət göndərəcək.


Femida.az Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir.

Türk əsgərləri Ermənistana Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində göndəriləcək.

“Razılaşma çərçivəsində Türkiyənin liderliyi ilə 11 oktyabr tarixindən Ermənistanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçiriləcək. Türkiyə Nəzarət Qrupunun tərkibində Slovakiyadan olan hərbçi də yer alacaq. Yoxlamalar həyata keçirildikdən sonra qrup oktyabrın 14-də Türkiyəyə qayıdacaq”, - deyə məlumatda bildirilir.

Açar sözlər:

Oxunub: 887